15 C
Baku
Saturday, April 20, 2024

Saat hesabı əmək haqqı nə dərəcədə sərfəlidir?

Hamıya məlumdur ki, istənilən zəhmətin haqqı ödənilməlidir. Bura xüsusən iş daxildir, çünki bu sadəcə məşğuliyyət və həvəs deyil, bir ailəni təmin etmə vasitəsidir. Buna görə də ödəmə vasitəsi də mühüm əhəmiyyət kəsb edir.

Hazırda əməkdaşları pul ilə mükafatlandırmaq üçün bir çox üsullar vardır, lakin son zamanlar saat hesabı ilə əmək haqqının ödənilməsi xüsusi yer alıb. Bu sərfəlidirmi? Qərbdə işçilərə ödənişin belə bir forması əmək bazarında artıq uzun müddətdir liderlik edir. Bizdə isə bu yeni-yeni yaranmağa başlayır.

Saat hesabı ilə əmək haqqının ödənilməsinin bir neçə növləri var. Sadə saat hesabı ilə ödəniş – bu iş saatının sabit dəyəridir. Bu sistemdə nəticə əhəmiyyət daşımır. Burada işlənən saatların sayına görə əmək haqqı müəyyən olunur. Əgər işin həcmi və keyfiyyəti əhəmiyyət daşıyırsa, bu zaman əlavə mükafat ödənilir. Saat hesablı əmək haqqının ödənilməsinin bir növü də standart işə görə ödənişdir. Bu növ norma və keyfiyyət göstəricilərinin müəyyən olunduğu sahələrdə istifadə olunur.

Əmək haqqının bu formada ödənilməsi nə dərəcədə sərfəlidir? Əgər tez-tez işdən sonra da qalıb işləyirsinizsə – bu zəhmətiniz mükafatlandırılacaq.

Lakin belə bir ödəniş formasının mürəkkəbliyi hər bir əməkdaş üçün fərqlidir. Həmçinin çox şey işin qrafikindən və növündən də asılıdır. Fərdi əmək üçün konkret ödəniş tarifi müəyyən etmək mühümdür.

Hər bir halda daha sonradan aldadılmamaq üçün əmək haqqı şərtlərini və vasitələrini əvvəlcəədn dəqiqləşdirmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər