7 C
Baku
Monday, February 6, 2023

Saatlı rayonunda ümumi məhsul buraxılışı artıb

Saatlı rayonunda 2022-ci ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi faktiki qiymətlərlə 6 milyon 167,9 min manat və ya 11,1 faiz artaraq 61 milyon 826,2 min manata çatıb.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, ümumi məhsul buraxılışının həcmi sənaye üzrə 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 11,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 44,8 faiz, informasiya və rabitə üzrə 7,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə 17,4 faiz artıb, tikinti üzrə isə 14,1 faiz azalıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 7 milyon 899,4 min manat və ya 13,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 806,0 min manat və ya 11,1 faiz artıb.

2022-ci ilin birinci rübü ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı 469,3 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 manat və 16,1 faiz çoxdur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X