27 C
Baku
Saturday, July 27, 2024

Saatlıda bu günə kimi 90,7 tondan çox yun istehsal olunub

Saatlıda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda təsərrüfatlarda 115 min 800 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 594 baş çoxdur. Qoyunun əti və südü kimi, yunu da yüksək qiymətə satılır. Xeyli vaxtdır rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər bəslədikləri qoyunlardan, ümumilikdə, 90,7 ton yun qırxıblar. Hər qoyundan orta hesabla 0,78 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 0,66 kiloqram olub.

Uzun illər qoyunçuluqla məşğul olan Əliəhmədli Kəndli Fermer Təsərrüfatının rəhbəri Xanhüseyn Əhmədov rayon üzrə yun istehsalında ən yüksək nəticə göstərib. Təsərrüfat rəhbəri bəslədiyi 1500 baş qoyunun hər birindən 1,7 kiloqramdan çox yun əldə edir.

Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı davam edir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər