16 C
Baku
Tuesday, April 16, 2024

Sabah Azərbaycanda iki banka məxsus mənzillər satışa çıxarılacaq – QİYMƏTLƏR

11 may 2023-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Banker.az xəbər verir ki, daşınmaz əmlak Sumqayıt şəhəri, 5-ci mikrorayonda istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 6/33 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən ü/s 31,96 kv.m olan 1 otaqlı, 2 nömrəli mənzildir.

Daşınar əmlakların ilkin satış qiyməti 30 000 manatdır. 

11 may 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 29 ünvanında yerləşən ü/s 50,5 kv.m olan 2 saylı mənzildir.

Daşınar əmlakların ilkin satış qiyməti 102000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

 

Son xəbərlər
Digər xəbərlər