Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq – RƏSMİ

YPX

AVRO-2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyük Şor bulvarı, Atletlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı “ASAN xidmət”in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:

“Həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələrinin girişinə icazə veriləcək. Sürücülərdən xahiş olunur ki, futbol qarşılaşması bitənə qədər ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar.

Vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etmələrini xahiş edirik. Onu da qeyd edim ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun “Qara Qarayev” stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.