12.2 C
Baku
Friday, March 14, 2025

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Banker.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Yasamal rayonu, Z. Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin və Z.Xəlilov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər
Digər xəbərlər