9 C
Baku
Monday, November 18, 2024

Sabah Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sentyabrın 4-də saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bu, həmin hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Son xəbərlər
Digər xəbərlər