Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Motodrom” qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və “Motodrom” ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.






