26 C
Baku
Saturday, April 20, 2024

Sabah (şənbə günü) bütün banklar işə çıxarılır

Banker.az-ın verdiyi məlumata görə, bu gün Mərkəzi Bank tərəfindən bütün banklara məktub ünvanlanıb. Məktubda bildirilir ki şənbə günü bütün bankların əməkdaşları işə çıxmalıdırlar.

Bank əməkdaşlarının şənbə günü işə çıxarılmasının səbəbi haqqında açıqlama verilmir.

Məktubun mətni aşağıdakı kimidir:

Milli ödəniş sisteminin iştirakçılarına.

Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi işgünü elan edilir.Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir. 

Xahiş edirik nəzərə alasınız.
Alim Quliyev
Mərkəzi Bankın sədrinin birinci müavini.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər