15 C
Baku
Friday, March 29, 2024

“Sabah” futbol klubu, zərər edib və kapital çatışmazlığı ilə üzləşib

“Sabah” futbol klubu 2018-ci ili 101 min manat zərərlə başa vurub. 

Bu barədə klubun maliyyə hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, 2018-ci ildə “Sabah”ın gəlirləri 1,864 milyon manat olub. Burada reklam və sponsordan gəlirləri 1,275 milyon manat, digər gəlirləri 589 min manat, xərcləri 1,87 milyon manat, o cümlədən, gənclər futbolunun inkişafına çəkdiyi xərclər 75 min manat, digər xərcləri isə 1,795 milyon manat təşkil edib.

Klubun 85 min manat gözlənilməyən digər xərcləri də olub. Bu il yanvarın 1-nə “Sabah”ın aktivləri 512 min manat təşkil edib. Klubun öhdəlikləri isə bundan çox – 624 min manat (cari öhdəlikləri 242 min manat, uzunmüddətli öhdəlikləri 382 min manat) olub. Son nəticədə idman qurumu 112 min manat kapital çatışmazlığı ilə üzləşib.

Qeyd edək ki, bu, Azərbaycan futbolunda maliyyə göstəricilərini açıqlamaq bir ilkdir. İndiyə qədər heç bir klubumuz maliyyə göstəricilərini ictimaiyyət üçün açıqlamamışdı.

d0e750c1 1c03 4f7d b7bf 0fe900ea528f

Son xəbərlər
Digər xəbərlər