19.4 C
Baku
Tuesday, May 13, 2025

Sabah İmişlinin 21 kəndində qaz təchizatı dayandırılacaq

İmişli rayonunun 21 kəndində qaz təchizatı dayandırılacaq.

Banker.az xəbər verir ki, “Otuzikilər” ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yeni daraldıcı qurğu ilə əvəzlənməsi aparılacaq.

Bu məqsədlə əlaqədar olaraq, 14 may saat 10:00-dan işlər yekunlaşana qədər İmişli rayonunun 21 kəndində – Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 “Məcburi köçkünlər” qəsəbəsində (ümumilikdə 10 528 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər