Azərbaycanda 10 klubdan ibarət preymer liqada iştirakçılardan biri “Sabah” futbol klubu və ya hüquqi adı ilə “Sabah Futbol Klubu” MMC 2022-ci ildə zərərdən mənfəətə keçdiyini açıqlayıb.
Banker.az klubub maliyyə hesabatına istinadla xəbər verir ki, Bakını təmsil edən klub hesabat ilində 11.49 mln. manatlıq gəlir əldə edib. Bu da 2021-ci ildəki rəqəmdən 59% yuxarı göstəricidir. Klubun gəlirlərinin 9.09 mln. manatı (2021: 5.75 mln. manat) sponsorlardan gəlirlər, 2.39 mln. manat isə (2.39 mln. manat) “sair” gəlirlər kimi qeyd edilib.
“Sabah” klubunun gəlirləri artdığı kimi xərcləri də yüksəlib. 2022-ci ildə 6.94 mln. manat əməkhaqqı və mükafatlara xərci çıxıb. 2021-ci ildən bu xərcləri 39% artıqdır.
Beləliklə, 2022-ci ildə 597 min manatdan çox xalis mənfəət əldə edib. 2021-ci ildə klub 653 min manat üzərində zərər etmişdi.
Klubun illərdir yığılmış zərəri ilə birlikdə 557 min kapital çatışmamazlğı yaranmışdı. Bu da 600 min manata yaxın yığılmış zərər deməkdir. Hazırda isə balansında 40 min manat cəmi kapitalı var. Bunun da 21 min manatı nizamnamə kapitalıdır.
Xatırladaq ki, “Sabah” FK 2017-ci ildə təsis edilib. Klubun icraçı direktoru Maqsud Adıgözəlov Elmir oğludur.