Sabah, martın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclası keçiriləcək.
Bu barədə təşkilat məlumat yayıb.
TDT baş katibi Kubanıçbek Omuraliyev toplantıda iştirak etmək üçün Macarıstanda səfərdədir.
K.Omuraliyev səfər çərçivəsində bu gün Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidovla görüşüb. Tərəflər təşkilat daxilindəki əməkdaşlığı müzakirə ediblər.