Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.
Səfər dekabrın 8-də baş tutacaq.
Səfər zamanı COVID-19 pandemiyasının təsirləri ilə mübarizə mövzusunda əməkdaşlıq və ikitərəfli əlaqələr, həmçinin Türkiyə-Avropa İttifaqı əlaqələri də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Nazir Siyarto Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla Türkiyə-Macarıstan Birgə İqtisadi Komissiyasının 7-ci iclasına sədrlik edəcək.
Zümrüd Paşkin