Sabah Masallı rayonunun 3 kəndində qazın verilişi dayandırılacaq.
Masallı rayonu ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan Şərəfə, Çaxırlı, Binə Xocavar kəndlərinin ümumilikdə 2100 əhali abonentinin, asfalt zavodunun və diametri 159 mm-lik sənaye xətti üzərində olan qeyri-əhali abonentlərinin Tətyançay körpüsünün tikintisi ilə əlaqədar qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.