Sabah, noyabrın 3-də Rusiyanın paytaxtı Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik iclası keçiriləcək.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, təhlükəsizlik sahəsində milli, regional və beynəlxalq aktual məsələlər müzakirə olunacaq.