Sabah Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək

Sabah Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.

Görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

Qeyd edək ki, sonuncu dəfə Bayramov və Lavrov arasında görüş Moskvada bu ilin dekabrın 5-də keçirilib.

Rusiya XİN-nin açıqladığı məlumata görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılıbmış. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.

Son xəbərlər
Digər xəbərlər