Sabah Səmərqənddə TDT-nin sammiti keçiriləcək

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının sammiti keçiriləcək.

Tədbirin təşkilatçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir.

Müzakirələrdə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan nümayəndə heyətləri iştirak edəcək.

Sammitdə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreev də iştirak edəcək.

Sammit iştirakçıları üzv dövlətlərlə müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda baş verən siyasi və iqtisadi proseslərə dair fikir mübadiləsi aparacaqlar.

MənbəTrend
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər