9 C
Baku
Sunday, April 14, 2024

Sabah Şri-Lankada prezident seçkiləri keçiriləcək

Şri-Lankada çərşənbə günü parlamentin səsverməsi ilə prezident seçkiləri keçiriləcək.

Şri-Lanka parlamentində prezidentliyə üç namizəd irəli sürülüb.

Bunlar hakim koalisiyanın namizədi- hazırkı baş nazir və müvəqqəti prezident Ranil Vikremesinqhe, əsas müxalifət blokundan – sağçı partiyadan olan deputat və keçmiş kütləvi kommunikasiyalar naziri Dallas Alahapperuma, müxalif marksist-leninist “Xalqın Milli Gücü” alyansının sədri Anura Kumara Dissanayakedir.

Şri-Lanka parlamentindəki əsas müxalifət blokunun lideri Sajit Premadasa prezidentliyə namizəd kimi iştirakdan imtina edib və öz fraksiyasının ardıcıl olaraq nazir postlarını tutan Dallas Alahapperumanın namizədliyini dəstəklədiyini bəyan edib.

2022-ci ilin aprelində Şri-Lankada ölkə tarixində ən pis iqtisadi böhranla əlaqəli siyasi çaxnaşma başladı. Aprelin sonunda ölkə iqtisadiyyatının “məhv edildiyini” etiraf edən prezident Rajapaksa hökuməti böhrana səbəb olan iqtisadi siyasət yürütməkdə ittiham edən kütləvi etirazlar fonunda bir sıra dəyişikliklərə getdi. İyulun 9-da etirazçılar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçirdilər, iyulun 13-də isə prezident Rajapaksa ölkəni tərk edərək bir neçə gün sonra rəsmən istefa verdi.

Sələfinin səlahiyyət müddətini 2024-cü ildə keçiriləcək növbəti milli prezident seçkilərinə qədər uzadacaq yeni prezident üçün seçkilər, prezidentin istefası halında Şri-Lanka konstitusiyasında nəzərdə tutulan xüsusi parlament səsvermə prosedurundan sonra iyulun 20-də keçiriləcək.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər