24 C
Baku
Saturday, June 29, 2024

Sabah Sumqayıtın bəzi yerlərində qaz olmayacaq

Sumqayıtın bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Buna səbəb kimi Corat qəsəbəsində ŞQTM-in quraşdırılması və Corat bağlarına çəkilmiş d108mm-lik küçə qaz xəttinin mənbəyə qoşulması göstərilir.

6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər