15 C
Baku
Friday, April 26, 2024

Sabah Türkiyə parlamentinin komissiyası “Şuşa Bəyannaməsi”ni müzakirə edəcək

Sabah, fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasının iclasında “Şuşa Bəyannaməsi” müzakirə olunacaq.

Sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.

Toplantıda “Şuşa Bəyannaməsi”nin təsdiqlənməsi məsələsinə baxılacaq.

Sənəd daha sonra Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.

Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan Milli Məclisi fevralın 1-də “Şuşa Bəyannaməsi”ni təsdiqləyib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər