4 C
Baku
Thursday, February 22, 2024

Sabah “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi keçiriləcək

Sabah, fevralın 8-də “Yüksəliş” müsabiqəsinin növbəti – onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək.

Bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, fevralın 16-da müsabiqənin onlayn mərhələsinin ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək.

İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq.

Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok – abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal məlumatlarla işləmək bacarığının, verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi ilə təsis olunub

©Report

Son xəbərlər
Digər xəbərlər