Sabahdan Azərbaycanda yeni dövlət rüsumları olacaq.
Banker.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Belə ki, sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq.
İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Sabahdan qüvvəyə minəcək qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.
Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:
– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün – 125 manat
– bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 25 manat
– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi – 250 manat
– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 75 manat
– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.
İndiyə qədər qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi olub.
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri