12 C
Baku
Wednesday, December 11, 2024

Sabahdan Azərbaycanda iş adamları üçün İranla bağlı bu qadağa qüvvəyə minəcək

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə İran İslam Respublikasından qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş keçirilib.

Banker.az xəbər verir ki, Agentliyin Aparat rəhbəri Elxan Mikayılov  vurğulayıb ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, bu il sentyabrın 1-dən bu vaxtadək qeydiyyat üçün müraciət etməmiş İran müəssisələrindən ölkəmizə balıq və süd məhsullarının gətirilməsinə icazə verilməyəcək.

Həmçinin E.Mikayılov xatırladıb ki, bir müddət sonra təsdiq olunmamış heç bir xarici obyektdən respublikamıza qida məhsullarının gətirilməsinə icazə verilməyəcək. Ona görə də, istehsal etdikləri qida məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün müəssisələr vaxtında qeydiyyat və təsdiq üçün müraciət etməlidir.

Son xəbərlər
Digər xəbərlər