“Azercell Telekom” MMC tərəfindən daha müasir texnologiyaların tətbiqi və bununlada göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar ölkəmizin bəzi ərazilərində 10.03.2022-ci il tarixdə saat 23:59-dan etibarən “2G” texnologiyalarını dəstəkləyən köhnə modelli cihazlarda rabitə xidmətlərinin istifadəsi zamanı çətinliklərin yaranması mümkündür.
Elanda həmçinin bildirilir ki, daha yeni texnologiyaları dəstəkləyən cihazlardan istifadə edən abunəçilər hər hansı çətinlik ilə qarşılaşmayacaq. Bu səbəbdən abunəçilərimizdən yuxarıda sadalananları nəzərə almağı xahiş edirik.