22 C
Baku
Friday, September 20, 2024

Sabahdan bu küçədə hərəkət məhdudlaşdırılacaq

21 sentyabr tarixindən etibarən Bakı şəhəri,Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Banker.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər