18 C
Baku
Monday, September 16, 2024

Sabahdan daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Sabah saat 06:00-dan avqustun 16-sı saat 19:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər