Sabah 1,8 litr həcmli gücləndirilmiş mühərrikli “Lada Vesta Sport” avtomobilinin satışına başlanacaq.
Banker.az xəbər verir ki, avtomobil “Luxe” maksimal komplektasiyasında təqdim olunur. Start qiymət isə 1,01 milyon rubldan (Rusiya Bankının bu günki məzənnəsi ilə 15,2 min ABŞ dolları) başlayır.
“Lada Vesta Sport”un təchizatına sabitləşdirmə sistemi, klimat-nəzarət, kruiz-nəzarət, multifunksional sükan çarxı, qabaq oturacaqların qızdırılması, yağış və işıq ötürücüsü, audiosistem daxildirş Arxa görünüş kamerası, naviqatorlu multimediya sistemi və ön şüşənin qızdırlması daxil olan Multimedia paketi alındıqda avtomobilin qiyməti 1,046 milyon rubla çatır.
©finans.az