24 C
Baku
Thursday, July 25, 2024

Sabahdan magistraturaya elektron sənəd qəbulu başlayır

21 iyul saat 11:00-dan ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesinə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat prosesi 31 iyul saat 18:00-da yekunlaşacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər