18 C
Baku
Sunday, September 8, 2024

Sabahdan MİQ üzrə imtahanlar başlayır

İyulun 11-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər