Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) aprelin 13-dən Azərbaycanın 7 müəssisəsindən pomidor idxalına icazə verib.
Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video-yoxlamalar zamanı götürülən nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib. Bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
“Rosselxoznadzor” Azərbaycan pomidorunda Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə əlaqədar 2020-ci il dekabrın 10-dan bu məhsulun idxalına qadağa qoymuşdu