26 C
Baku
Saturday, July 27, 2024

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Son xəbərlər
Digər xəbərlər