12 C
Baku
Saturday, November 23, 2024

“Sabancı Holdinq”in ilk yarımildə xalis mənfəəti $900 mln.-a yaxın olub

2022-ci ilin ilk yarısı üçün maliyyə nəticələrini açıqlayan “Sabancı Holdinq” ilk 6 ayda ümumi satışlarını 162% artıraraq 165 milyard TL-yə (8 milyard 986 milyon 306 min 292 dollar/15 milyard 300 milyon 266 min 928 AZN) çatdırıb. Bu dövrdə Holdinq 6.4 milyard TL (348 milyon 571 min 639 dollar/593 milyon 464 min 899 AZN) ümumi investisiya yatırıb, altı aylıq xalis mənfəəti isə 16.3 milyard TL (887 milyon 760 min 959 dollar/1 milyard 511 milyon 137 min 310 AZN) olub.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

“Sabancı Holdinq”in Baş icraçı direktoru Cenk Alper açıqlamasında bildirib ki, şirkət qlobal qeyri-müəyyənliklərə və bu qeyri-müəyyənliklərin gətirdiyi çətin şərtlərə baxmayaraq, davamlılığı və rəqəmsallaşmanı əsas götürərək yoluna güclü şəkildə davam edir. Direktor qeyd edib ki, “Sabancı Holdinq”in sənaye şirkəti “Kordsa” Avropada material texnologiyalarının ən güclü nümayəndələrindən biri olan “Microtex Composites”in əksər səhmlərini alıb.

 

Son xəbərlər
Digər xəbərlər