22 C
Baku
Thursday, June 26, 2025

Sabiq bələdiyyə sədri 9 il azadlıqdan məhrum edildi

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Eks-bələdiyyə sədrinə külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı və nüfuz alveri maddələri ilə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Quliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Son xəbərlər
Digər xəbərlər