10 C
Baku
Thursday, December 12, 2024

Sabiq bank əməkdaşı “Azərpoçt”da vəzifə aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin departamentlərindən birinə də sabiq bank əməkdaşı rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Kamran Əbilov Risklərin idarə edilməsi departamentinin direktoru təyin edilib.

K.Əbilov buna qədər “Bank VTB Azərbaycan” ASC, “Yapı Kredi Azərbaycan” QSC, “PAŞA Bank” ASC və ləğv edilən “DəmirBank” ASC-də çalışıb.

Hazırda “Azərpoçt”a Əfqan Cəlilov rəhbərlik edir, hansı ki uzun illər “AGBank” ASC-nin İdarə Heyətinin rəhbəri kimi çalışıb. Onun gəlişindən sonra bir neçə təcrübəli bank kadrları dövlət şirkətində vəzifəyə yüksəlib.

Xatırladaq ki, “Azərpoçt” MMC-nin strukturunda 10 departament və onların da strukturunda isə 30 şöbə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər