13 C
Baku
Friday, November 22, 2024

Sabiq bank müdiri həbs edildi

Hazırda iş üzrə istintaq davam etdirilir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Respublika Baş Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla filialın sabiq müdiri Elmir Əsgərovun qulluq mövqeyindən istifadə etməsi aşkar olunub.

Cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olan sabiq müdir Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib və həmin vəsaitin 150 min manatını mənimsəməklə “RoyalBank” ASC-yə külli miqdarda ziyan vurub. Buna görə də E.Əsgərova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər