Azərbaycanda sığorta sahəsi üzrə fəaliyyət göstərən “Meqa Sığorta” ASC-nin səhmlərindəki pay bölgüsü dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Eldar İsmayılov Əli oğlu adlı fiziki şəxs 1,31 mln. manatlıq səhmlərini (9%) satıb. Əvəzində isə, sabiq “CDB Bank” Müşahidə Şurası sədri olmuş Fərəh Məmmədova Sığorta Şirkətinə 19% pay sahibi kimi səhmdar gəlib. Sabiq bank rəhbərinin səhmlərinin ümümi dəyəri 2,76 mln. manata yaxındır. F. Məmmədova satılan səhmləri almaqla yanaşı əvvəllər 19% pay sahibi olmuş Zeynal Əliyevin də səhmlərinin bir hissəsini satın alıb.
Hazırda Zeynal Əliyevin pay sahibliyi 10%-ə düşüb.
Oxşar yazı: Meqa Sığorta-nın aktivləri 2 il öncəki göstəricilərdən də aşağı düşdü
Xatırladaq ki, Meqa Sığorta-nın nizamnamə kapitalının həcmi 14,5 mln. manatdır. Hər bir səhmi 5 000 manat dəyərindədir.
©Banker.az