16 C
Baku
Sunday, November 3, 2024

Sabiq bank rəhbəri Niyazi Vəliyev məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlu və “DekaBank”ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Niyazi Vəliyevin vəkili bildirib ki, cinayət işi materiallarında sübutlar siyahısında yer alan mütəxəssis tərəfindən tərtib edilmiş akt əsassızdır. Vəkil həmin mütəxəssis rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Dövlət ittihamçısı və “DekaBank”ın nümayəndəsi vəsatətin əsassız olduğunu bildiriblər və təmin edilməməsini istəyiblər.

N.Vəliyevin digər vəkili də vəsatətlə çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Vəkil qeyd edib ki, cinayət işi materialları ilə müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlar ziddiyyət təşkil edir.

Məhkəmə müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini açıqlayıb.

Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər