Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb. Yeni partiyanın adı “Gələcək Partiyası” olaraq açıqlanıb.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbr verir.
“Gələcək Partiya”sının rəhbəri olaraq ilk açıqlamasını verən Davudoğlu “Dostlarımızla birlikdə tarixin və millətin qarşısındayıq. Bütün təzyiqlərə və yaradılmağa çalışılan qorxu atmosferinə baxmayaraq, ölkəmizin firavan gələcəyi üçün bir araya gəldik” deyib.