9 C
Baku
Monday, November 18, 2024

Sabiq Baş prokurorun ailəsinin əmlakları geri qaytarıldı

10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə baş tutan prosesə hakim İlkin Rəcəbov sədrlik edib.

Eldar Həsənovun vəkili Cavad Cavadovun verdiyi açıqlamaya görə, hakim kassasiya şikayətini qismən təmin edib. Belə ki, sabiq Baş prokurorun 3 övladı Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Eldar Həsənovun həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakların isə bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv edilib.

Vəkil qeyd edib ki, məhkəmə şikayəti qismən təmin etsə də, bunu məmnunluqla qarşılayıblar: “Təmin olunmayan hissə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”.

Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda təqsirli bilinib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Həbs edilən sabiq səfirin bir sıra mülkləri də müsadirə olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər