Sabiq baş redaktor AMEA əməkdaşlarının pulunu mənimsəyib

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırma aparır.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bununla bağlı zərərçəkmişlərin şikayəti əsasında araşdırma gedir. Araşdırmanın nəticəsi barəsində ictimaiyyətə məlumat veriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər