Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.
“Report” Agentliyinin xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.
“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, deyə o, vurğulayıb.
Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.
Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.