32 C
Baku
Wednesday, August 6, 2025

Sabiq hakim Ənvər Seyidov vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib.

Bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

O, 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləyib.

Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru olan Ə. Seyidov Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru idi.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər