23 C
Baku
Thursday, April 25, 2024

Sabiq “HSBC” rəsmisi məsuliyyətə cəlb olunub – 1,6 mlrd avroluq verginin yayındırılmasında yardımçı olub

Mərkəzi ofisi Londonda yerləşən HSBC bankının bölmə rəhbəri Peter Braunvalder öz müştərilərini vergidən yayındırmaq məqsədilə İsveçrə bankında qeyri-qanuni hesablar açıb, offşor şirkətlər təsis edib və saxta kreditləri rəsmiləşdirib. Paris məhkəməsi ona 500 min avro məbləğində cərimə kəsib və bir il müddətinə şərti olaraq azadlıqdan məhrum edib. Qeyd edək ki, Peter Braunvalder bu hərəkətlərə yol verərkən HSBC bankının İsveçrə bölməsində zəngin müştərilərə xidmət şöbəsinə rəhbərlik edib.

Keçmiş bank rəsmisi öz günahını etiraf edərək bildirib ki, 2006-2007-ci illərdə varlı müştərilərə ümumilikdə 1,6 milyard avro məbləğində verginin yayındırılmasında yardımçı olub. Bunun üçün o, İsveçrə bankında qeyri-qanuni hesablar açmaqdan, offşor şirkətlər təsis etməkdən və saxta kreditləri rəsmiləşdirməkdən əlavə, Fransada yaşayan müştərilər axtarıb tapıb, onlara vergidən yayınmaları üçün öz vəsaitlərini İsveçrəyə köçürməyi təklif edib. 

©Vergilər.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər