25 C
Baku
Sunday, July 21, 2024

Sabiq icra başçısı kassasiya şikayətini geri götürüb

Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı məhkəmə prosesi keçirilib.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrlik etdiyi iclasda həm məhkum şəxs, həm zərərçəkmiş qurum tərəfindən verilən şikayətlərin geri götürüldüyü elan olunub.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər