8 C
Baku
Monday, November 18, 2024

Sabiq icra başçısı müavininin cəzası azaldıldı

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin edib.

Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər