Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin məhkəməsi yekunlaşıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, onun əmlakları da müsadirə edilib. M.Quliyevin Bakıda Xətai rayonundakı 450 min manatlıq evi, Nərimanov rayonundakı 504 min manatlıq mənzili və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirəsinə qərar verilib.
Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3,2 milyon manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddianın ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və isriaf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunurdu.