Sabiq icra başçısının daha bir kadrı işdən çıxarılıb

Bəxtiyar Haqverdiyev

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

Banker.az Reporta istinadən məlumatına görə, bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.