Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib. Onun sözlərinə görə, yeni işi İqtisad Universitetində olacaqdır: “Azərbaycan Dövlət İqtisad Universiteti mənim məzun olduğum ali məktəb ocağıdır. Həm də adını çəkdiyim universitetlə, görkəmli alimlərlə daim əlaqələr qurmuşam. Həmçinin, 2008-ci ildə iqtisad elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişəm. 40-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifiyəm.
Yeni işimin nədən ibarət olmasına gəlincə, deyə bilərəm ki, Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsini icra edəcəm. Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olundum. 3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb.
Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var.”
modern.az