5 C
Baku
Saturday, December 14, 2024

Sabiq maliyyə naziri “dünya iqtisadiyyatı üçün ən təhlükəli hal budur” dedi

BU GÜN DÜNYADA borcu bütün ölkələrin ümumi daxili məhsulundan üç dəfə yüksək olan rekord səviyyəyə – 243 trilyon dollara çatıb ki, bu da dünyada istehsal olunan bütün mal və xidmətlərin qiymətindən üç dəfə çoxdur. Bu qədər borc qlobal iqtisadiyyatın altına yerləşdirilmiş və istənilən vaxt partlayıb onu tarixdə indiyə qədər görünməmiş bir şəkildə çökdürmək gücündə olan qorxulu bir bombadır.

Bu sözləri Azərbaycan Respublikasının sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

Beynəlxalq Maliyyə İnstitutlarının məlumatına görə, son 2018-ci ildə beynəlxalq borc artımı 3,3 trilyon dollar təşkil edib. Ümumi həcmi 243 trilyon dollar qlobal borca hökumətlərin 65 trilyon dollar dövlət borcu daxildir ki, bu da 2009-cu il böhranı dövründə bütün dövlətlərin mövcud olmuş dövlət borclarından 1,5 dəfə çoxdur.

Dünya iqtisadiyyatını və maliyyə sistemini əsaslı şəkildə silkələyən son böhran Avstraliya, Yaponiya və Fransa kimi inkişaf etmiş ölkələrdə borcun həcmini ÜDM nisbətidə 400%-ə qədər artıra bildi.

Mütəxəssislərin fikrincə, bu qədər nəhəng qlobal borc Qərb ölkələrinin mərkəzi banklarının məsuliyyətsizliyinin, pul kütləsinin nəzarətsiz artırılmasının və böyük həcmlərdə kreditlərin verilməsinin nəticəsidir.
Fiziki şəxslərə, müəssisələrə və hətta hökumətlərə verilən kreditlər iqtisadiyyatın inkişafına xidmət etməlidir. Lakin təəssüf ki, bu gün dünya iqtisadiyyatının borclanmanın səviyyəsinə uyğun böyüməsi baş vermir və buna baxmayaraq borclanma sürətlə artmaqda davam edir. Bu mənada, dünya Mərkəzi Banklarının davranışı, gələcək üçün heç bir narahatlıq keçirməyən narkomanların “doza” axtarışı ilə müqaisə edilə bilər.

Bu vəziyyəti real dəyərləndirərək indidən qlobal iqtisadi böhranın dağıdıcı gücünün hansı səviyyədə ola biləcəyinin fərqində olmaq lazımdır. Dünyanı silkələyə biləcək qlobal iqtisadi böhran heç də uzaqda deyil. Unutmaq olmaz ki, bu böhranın ən ciddi təsirləri iqtisadiyyatı neftdən asılı olan ölkələrə olacaqdır. Çünki böhran 2014/2015-ci illərdə olduğu kimi neftə təlabatın ciddi şəkildə azalması və deməli neftin qiymətlərinin kəskin aşağı düşməsi ilə müşahidə olunacaq.

Son xəbərlər
Digər xəbərlər